Bir daş altdan, bir daş üstdən
Dediklərimizi bir də xatırlayaq.
Noldu mənim “zəfər” — deyən ümidlərim,Dünənimə üz tuturam mən bu gündən.Erkən soldu çinarlarım, söyüdlərim,Daşaltıda haray çəkdi şəhidlərim,Bir daş altdan,Bir daş üstdən.
Qara neftim sərhədləri necə aşdı?Dəllallarsa pərdə asdı gözümüzdən.Açılmayan yolları da dollar açdı,Benzinimiz özümüzə alov saçdı.Bir daş altdan,Bir daş üstdən.
Şuşa, Laçın satqınlığa qurban getdi,Qanlı əllər çiçək dərdi dağdan, düzdən,Qeyrət dedik — bu, görəsən nə qeyrətdi?Düşmən qızıl Kəlbəcəri talan etdi.Bir daş altdan,Bir daş üstdən.
Qırıldıqca yaşıl-yaşıl ormanlarım,Həqiqəti biz gizlətdik özümüzdən.Kimə çatdı bu ahlarım, amanlarım?Susdu göydə güllələnib yananlarım.Bir daş altdan,Bir daş üstdən.
Küçələrdə əl açaraq ağlayan kim,Biz baxarıq, qanlar axar könlümüzdən.Milyonları yad ölkədə saxlayan kim,Kazinolar guşəsində bank qoyan kim.Bir daş altdan,Bir daş üstdən.
Onlar bilməz ürəklərdə nə haraydır!Ah hərislik! Nələr doğdu bu mərəzdən?Qürbət eldə villa nədir, saray nədir,Keyf çəkməyə bir həftə nə, bir ay nədir?Bir daş altdan,Bir daş üstdən.
Doğma xalqım gör nə qədər əzab çəkdi?İmtahanmı edir bizi zaman qəsdən?Bir gün zəfər qapımızı döyəcəkdir,Millət deyib, tarix özü deyəcəkdir;Götür daşı daşın üstdən,Həqiqəti görsün Vətən!
5-15 sentyabr 1996
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-bir-das-altdan-bir-das-ustden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Sənəma! Talibdir üzünü görməgə ürəkSənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.