Bizdə olar şairə hörmət öləndən sonra!Ə.Vahid

Elə ki, səninçin soldu son bahar,Elə ki, dost-tanış geyindi qara,Dövrəndə irişən paxıllar ki varDaha olmayacaq öləndən sonra.

Uçarkən ucadan ucalara sən,Artıq heç bir kəsə rəqib deyilsən!

Elə ki, axışdı el dəstə-dəstə,Birdən çatılacaq rəqib qaşları,Gələcək kədərlə tabutun üstə,Axacaq gözündən timsah yaşları.

Deyəcək: "Əcəldə insaf olmadı,Görün qansız ölum nə vaxtsız gəldi.Sındı şerimizin qolu-qanadı".Qəlbindən keçəcək: — "Yaxşı ki, öldü"Susacaq arxamca min söz düzənlər,Onlar nə idi ki? Qara bir kölgə,Şerinə göz yumub, dodaq büzənlərSəninçin haray da saldılar, bəlkə."Ucaldaq adını ləyaqətlə biz,Yoxsa nankor deyər bizə nəslimiz".Kədər ümman oldu, sevincsə qətrə,Nə tapdın dünyada?Acı bir şöhrət.Sənət aləmində həsəd və qibtə,Yuxarı zümrədə sükut və hiddət.

Qoy tale tapşırsın Allaha səni,Qoy ikinci ömür gəlməsin qara.

Fəqət unutma ki, bir daha səni,Öldürə bilərlər öləndən sonra.Sən ki daş illərlə durdun üz-üzə,Düşün kimlər çatdı sənin dadına,Sabirin adına dalan düşdüsə,Sənin bir döngə də düşməz adına.Qorxunc həqiqətdən əfsanə umma,Təskinlik — inamdır, göydə, yerdə var.Vəfasız dünyadan sən heç nə umma,Hələ canlı ikən ölənlər də var.Yaşadın həyatda sən ki özün tək.Bəlkə bu özü də bir səadətdir?Dəhşətdir ölümdən əvvəlcə ölmək,Öləndən sonra da ölmək dəhşətdir.

2 aprel 1995

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri