Ulu Tanrım, şükür sənə!
Addımbaşı tikanları bitirdin ki,Zər saçaqlı tər güllərə səcdə qılaq?Cahilləri sən dünyaya gətirdin ki,Az tapılan aqillərə səcdə qılaq?Ulu Tanrım, şükür sənə!
Ürəklərə qızıl körpü sən atdın ki,O körpüdən qəhrəmanlıq keçsin gərək!Namərdləri bu qədər çox yaratdın ki,Mərdlər azsa, qədrini biz yaxşı bilək?Ulu Tanrım, şükür sənə!
Sən əzəldən könüllərə nur qatdın ki,Torpaqlara qara çöksə zülmət deyək?Küt baltalı cəlladları çoxaltdın ki,Pambıqla baş kəsənlərə rəhmət deyək?Ulu Tanrım, şükür sənə!
Ucalardan sən uca bir xəbərdin ki,Dedin: inam halalca duz-çörəkdədir.Bizə qeyrət dəllalları göstərdin ki,Bilək qeyrət dildə deyil, ürəkdədir?Ulu Tanrım, şükür sənə!
Sən göyləri xıncım-xıncım sındırdın ki,Başımıza od yağsa da addımlayaq?Ümidsizlik günəşini yandırdın ki,Ümid şəmi parlayanda günəş sayaq?Ulu Tanrım, şükür sənə!Şükür sənə,Dönə-dönə!
3 mart 1996
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-ulu-tanrim-sukur-sene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qafil olma, diqqətinən fəhm eylə,Yaxşını, yamanı tanı həmişə.
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur