Ana dilim
Qəlbimin atəşialışar, sönməz,Olub keşməkeşliəsrlər, illər.Bir dilim var mənim —zəngin, müqəddəs,Əsibdir üstündənhəmişə yellər.Məni düşündürürbu mənalı sirr,Hara gedəcəkdirsözün mənzili?Türk qardaş Azəri türkcəsi deyir,Biz isə deyirik mütləq türk dili...Uludur söz qəlbəhəmahəng olsa,Dil xalq ürəyinin ənginliyidir.Qardaş dillərimizrəngarəng olsa,Bu qardaş dillərin zənginliyidir,Biz türkük, hər türkündoğma eli var,Hər türk xalqının daöz xalq dili var.Dahilər yurdudur, Odlar ölkəsi.Elə millətik ki, qəhrəman, qədim...Gəlir ÇaldırandanXətai səsi:Hanı Dövlət dili elan etdiyim?!Vaqifə bağlıyamtaleyim kimi,Onda ucalıq da,dərinlik də var.Sabirdən, Vurğundanüz döndərəkmi?
Onlar xalq danışandildə yazıblar.Müşfiq! Qoy şairlər sırasında o,Qalsın bu dillərin arasında o,Xalqın ürəyindənqəm çəkilərmi,Xalqın ürəyindəngəlməsə qanun,26 nəfər yaza bilərmi.Qəti taleyini neçə milyonun?!Yox, dil əsrlərintale səsidir,Azərbaycan dili —Büllur bir bulaq...Dil xalqın adıdır,Xalqın özüdür.Dilin ixtiyarıXalqdadır ancaq...
23-26 dekabr 1993
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-ana-dilim
← → düymələri ilə keçid, R — təsadüfi şeir