Torpağında
Yuqoslaviya dağlarında pozulmuşyadelli qəbiristanında ağaran tənhabaşdaşı önündə düşüncələr.
Ey tənha başdaşı, ey itkin insan,Vaxtında hər şeyi bil torpağında.Özgə sevincinə şərik olma sən,Sevin torpağında, gül torpağında.
Yaşıl xalısını açanda yonca,Quşlar nəğmə deyir sahil boyunca,Dərəni, təpəni qoxla doyunca,Çiçək torpağında, gül torpağında.
Dolan zəhmətinlə, dolan varınla,Öz yayın, öz qışın, öz baharınla,Qohum-qardaşınla, tay-tuşlarınla,Acını, şirini böl torpağında.
Qapılar açıqmı hər yetən üçün?Milyonlar can verər bir vətən üçün,Atıldın odlara çöl-çəmən üçün,Çəmən torpağında, çöl torpağında.
Özüm də bilmirəm nə deyim sənə,Fikirlər başımda çaxnaşır yenə,Sumu azlıq edir, “su ver” – deyənə,Dəniz torpağında, göl torpağında.
İndi nə ananın, nə yananın var,Başqadır zamanın verdiyi qərar.İstisən qəbrini tapdamasınlarYaşa torpağında, öl torpağında.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-torpaginda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
LaləBir çiçəyəm döşləri,Dolayları bəzərəm.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Abşeron bağlarıİsti qum günəşdən alışıb yanır,Talvarda meynələr göyə dırmanır,