Bir çiçəyəm döşləri,Dolayları bəzərəm.Oğlanların, qızlarınYaxasında gəzərəm.

Soyununca donumu,Rəngim olar qırmızı.Üzüm gülü andırar,Yarpaqlarım yarpızı.

Ürək açan rəngimiUzaqlardan görəntəkUçub qonar üstüməBal arısı, kəpənək.

Duyunca yoxdur ətrim –Bir an da tutmaz qərar.Nişanədir bu dərddənSinəmdəki qaralar.

Lakin zərif çiçəyəm,Yaraşığam çöllərə.Hər eldə, hər ölkədəAdım düşüb dillərə.

Üzü pörtmüş görəndəUtancaq bir uşağı,Deyərlər ki, laləyəDönmüş, baxın, yanağı.

Ya da sübh açılanda,Qızaranda dan yeri,Deyərlər al şəfəqinVar laləyə bənzəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar