Pöhrələnmiş kol içindəBu xırda quş tikər yuva.Gah düzdə, gah yol içindəKiçik çoban qova-qovaAxşamacan gəzər onu,Bu axtarış üzər onu,Çobanaldadan oyunbazBaxanları heyran qoyar.Cik-cik ilə edər avaz,Budaqları bir-bir sayar.Zirək quşdur o çox yaman.Axtarıb yem tapan zamanSəkə-səkə çəpərləriYuvasına dönər geri.Qanadlanar ona sarıMilçək boyda balaları.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri