Söz demə, söz dəyər ona,Fikri bölük-bölük olar.Gözəldir, göz dəyər ona,Fərəhi beşgünlük olar.

İpək telə əl yaraşır,Tül bədənə tül yaraşır,Gül yanağa gül yaraşır,Güllər gülər, güllük olar.

Çəkmə arana dağlını,Başlama gecə nağlını,Özünə saxla ağlını,Ağıl gözələ yük olar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar