De, hansı çeşmənin gözündən içdim,Bəlkə bir də içdim, bəlkə içmədim?De, hansı çəmənin gülündən seçim,Bəlkə bir də seçdim, bəlkə seçmədim?

Həsrətmi qarşıda gözü yol çəkən,Buludmu bulanıb, belə yaş tökən.Bu yaşıl taladan keçim vaxt ikənBəlkə bir də keçdim, bəlkə keçmədim.

Getməz xəyalımdan o daş, o qaya,Gecə göz qoyduğum ulduza, aya,Əzəl qonduğumuz yurda, yuvaya,Bəlkə bir də köçdüm, bəlkə köçmədim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar