Deyildi
Könül istər hey danışa, hey dinə,Bu varaqdır, bu qələmdir, bu da dil,Bir də çıxdım yurdumuzun seyrinəBu Şirvandır, bu Muğandır, bu da Mil.
Gözüm qaldı qızılyanaq üfüqdə,Qızıl günəş, qızıl çıraq üfüqdə,Buludların səfinə bax üfüqdə,Biri dəvə, biri maral, biri fil.
Yaranışdan yaraşıqdır dağ-dağa,Meşə-meşə düşdüm səsə, sorağa,Qarayazı!..Fikrim uçdu uzağa,Ayağından asılmışdı Anadil.
Bu yollarda duman nədir, çən nədir,Saça qonan qırov nədir, dən nədir?Təbiətə saat nədir, gün nədir,Keçə həftə, dolana ay, ötə il.
Əzizləyib şirin layla çalana,Qollarını boynumuza salana,Ana kimi qayğımıza qalana,Ana torpaq, Ana Vətən! – deyildi.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-deyildi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Heyifdir, anasız olmasın uşaq,Başından min boran, qar gəlib keçər.
QıymasınTufan qalxıb söyüdləri əysə də,Nə palıda, nə çinara qıymasın.
Sadə adamlara minnətdaram mənBir nazir sağında, rəis solundaQuruyub qalmadım müqəvvalar tək.
QocalarGah çəliyə dirsəklənib dayanır,Gah daş üstə dincin alır qocalar.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Ağ gül, qırmızı gül, illah sarı gülYarın bağçasında üç gül açılıb,Ağ gül, qırmızı gül, illah sarı gül.
Böyük SabirəYadımdadır, bir gün, bir axşamçağı,Yayıldı aləmə həzin bir xəbər:
QürbətdəMən torpağı atəşlə yoğrulan bir diyarınDoğdum yad çəkmələrlə çeynənən yaxasında.