Heyifdir, anasız olmasın uşaq,Başından min boran, qar gəlib keçər.Qurumaz, çəkilməz gözünün yaşı,Gecəsi, gündüzü zar gəlib keçər.

Əmi, dayı qucağına götürməz,Qohum, qonşu ona nəzər yetirməz.Ata da cibində alıb gətirməzNə qədər əlindən var gəlib keçər.

Sanarsan yanağı solğun xəzəldir,Nəşəsiz yaşamaq ömür gödəldir.Hüseyn, hər şeydən ana gözəldir,Bəs niyə könlündən yar gəlib keçər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri