Qıymasın
Tufan qalxıb söyüdləri əysə də,Nə palıda, nə çinara qıymasın.Xəzan yeli son bahara qıysa da,Baş aparıb ilk bahara qıymasın.
Daş kəsməsin çeşmələrin yolunu,Sel atmasın çiyələyin kolunu.Qızaranda təbiətin gül donuDüşən dolu çəmənzara qıymasın.
Bir dünyaya milyon oğul, qız gəlir,Sevinc gəlir, kədər gəlir, naz gəlir.Əsil şair az yaranır, az gəlir, –Vaxtsız ölüm sənətkara qıymasın.
Könül dinib, meşələri gəz deyər,O budağa, bu budağa söz deyər.Göy ot qalxıb çölü, düzü bəzəyər,Döş çəmənə, zirvə qara qıymasın.
Hüseynəm, könül verdim həyata,Məqsədinə kim çatmaya, kim çata.Bir ananı əvəz etməz yüz ata –Ana torpaq analara qıymasın.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-qiymasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Mürəbbə: Dəli könül, nə yanırsan oda sənDəli könül, nə yanırsan oda sən,Billah bundan hərgiz sənə yar olmaz.
A dağlar“Xudahafiz” deyək, gəl halallaşaq,Daha ayrılıqdı, köçdü, a dağlar.
PəriNə gülürsən mənim kimi gülüncə,Sən mənə gülüncə, dərdə gül, Pəri!