Ceyran çölü qoyun-quzu qoxulu,Fəsillərin naxışımı Qazaxda?Qarayazı çiçək dolu, gül dolu,Yaşıl bahar yağışımı Qazaxda?

Bəd ayaqda dönməz üzü Gülülün,Sinəsində çoxdu sözü Gülülün,Dan güləndə gülən gözü GülülünÜrkək Maral baxışımı Qazaxda?

Qapısında gediş-gəliş kəsilməz“Qonaq” sözü əzəlindən müqəddəsYel əsəndə yarpaqlardan qopan səsTəbiətin alqışımı Qazaxda?

Qızmar yayda buz qalalar sökülür,Sellər, sular dərələrə tökülür,Bir məcrada Ağstafa, Xram, KürDəli çaylar yarışımı Qazaxda?

Sıra-sıra sal qayalar çataqlı,Daş pillələri, daş izli, daş yataqlı.Dədə Avey – dədə Qorqud soraqlı,Əsrlərin sirdaşımı Qazaxda?

Dayanmışam qarşısında yenə mənBu axşam da sağı duman, solu çənTufanlara əyilməyən GöyəzənBir tayfanın başdaşımı Qazaxda?

Hüseyn Arif, nə qərarmış bu qərarDaha səni kim düşünər, kim arar?!Bir atanın ürəyimi o məzar,Bir şairin göz yaşımı Qazaxda?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar