Ləzzət çəkir
Qızaranda üfüq, söküləndə dan,Meh öpür yanaqdan, üz ləzzət çəkir.Qaya kölgəsində, çeşmə başında,Ocaq tüstülənir, köz ləzzət çəkir.
Həyat bir ustaddır öz əsəri varKönüldə nə qədər dərdi-səri var.Adi kəlmənin də öz kəsəri var,Alim kəlamından söz ləzzət çəkir.
Çox gəzdin elləri Hüseyn Arif,Qoxladın gülləri Hüseyn Arif,Sözün müxtəsəri Hüseyn Arif,Gözələ baxanda göz ləzzət çəkir.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-lezzet-cekir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Yetər bu ayrılıq, bu fitnəkarlıq.Fitnənin axırı nədir, a "dostlar"?
Sənə qurbanQadasın aldığım, nədən məlulsan?Əgər lal isənsə, dil sənə qurban!
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda
Mən kiməmBir zamanlar Altaylardan enib yaşıl düzlərə,Asiyanın göbəyində atəş yaxan mənmiyəm?