Baxıram səmaya, ay uzaq deyil,İstəsəm mən ona çataram bu an.Bəs sənə nədəndir əlim yetməyir,De aymı uzaqdır, sənmi uzaqsan?

Baxıram ümmana, o dərin deyil,İstəsəm sirrini öyrənərəm mən.Bəs nədən qəlbini duya bilmirəm,Ümmanmı dərindir, sənmi dərinsən?

Baxıram günəşə, yanmayır canım,Dünyada hər şeydən güclüdür insan.Nə üçün gözlərin əridir məni,Günəşmi odludur, sənmi odlusan?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri