Söylə, yadındamı?
Söylə yadındamı o axşam çağı?..Dinməyən mən oldum, dinən sən oldun.İlk eşqin ocağı alovlanmamışSönməyən mən oldum, sönən sən oldun.
Doymamış sabahın tər nəfəsindən,Sevdalı quşların təranəsindən,Sözündən, əhdindən, iradəsindənDönməyən mən oldum, dönən sən oldun.
Pozuldu ilqarın, dəyişdi andın,Torpaqda alışıb, havada yandın.Axır gözlərinlə görüb inandınEnməyən mən oldum, enən sən oldun.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-soyle-yadindami
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yol yanında tənha ağacYorğun yolçular üstündə
Dost yoxsa bir an da olmaram aramDost yoxsa bir an da olmaram aram,Ancaq didariylə alıram mən kam.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.