Gizləyə bilməzsən yaşı gözdə sən,Bulud deyər mənə, çən deyər mənə.Hardasa yağışa, yağmura düşsənSaçımda üşüyən dən deyər mənə.

Gizli əzabını gizləmə hədər,Hardasa qəlbini yaxdısa kədər,Gecə ulduzlardan tutaram xəbərGündüzlər hamsını gün deyər mənə.

Yürüşdə selləri, suları yensən,Zirvəyə qalxaram zirvəyə dönsən.Harda qanadından vurulub ensənSazımda inləyən bəm deyər mənə.

Hüseyn Arifə əyandı nələr,Hara nur ələnər, hara qar gələr...Harda üzün gülsə gülüşüm bilər,Harda qəmə batsan qəm deyər mənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar