Gül saralar, çiçək solar,Xəzan nədir?Bağdan soruş.Cığır itər, iz yox olar,Qarı, buzu dağdan soruş.

Qəribədir ömrün yolu,Döyər yağış, tökər dolu.Bərkə dözməz əlin soluAğır yükü sağdan soruş.

Hər torpaqda coşmaz bulaq,Hər sinədə yanmaz ocaq,Alim kimdir?Kitaba bax,Şair kimdir?Xalqdan soruş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar