Xəbər yox
Neçə il torpağı yaralayıb bel,Torpaq o torpaqdır, beldən xəbər yox.Neçə yol zirvəni paralayıb sel,Dağda da həmən dağdır, seldən xəbər yox.
Qurbağa gölü də coşub, çağlayıb,Çör-çöp də yığılıb yolu bağlayıb.Neçə yol qayanı yel ayaqlayıb,Qaya yerindədir, yeldən xəbər yox.
Azmı vaxtlı-vaxtsız tutuldum daşa,Dözdüm əziyyətə, düşdüm savaşa.Hüseyni el sevib, el çəkir başa, –Qurulan fitnədən, feldən xəbər yox.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-xeber-yox
← → düymələri ilə keçid, R — təsadüfi şeir