Aman, ağrı, ürəyimdən yapışma,Orda şər qarışır, orda dan atır.Sevinci hesabsız, kədəri sonsuz,Biri həsrət çəkir, biri naz satır.

Arzudur, əməldir, qoldur, qanaddır,Kükrəyib çağlayan canlı həyatdır.Gecəli-gündüzlü bir kainatdır,Gahdan Günəş doğur, gahdan Ay batır.

Orda qərar tutub Hüseynin özü,Aranı, yaylağı, dərəsi, düzü.Zal qızı Gülnazın bitməmiş sözü,Dilqəmin yaralı dastanı yatır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri