Qardaşım Rəfiq Zəkaya
Könlümü görməyən ellərmi vardır,Gözümdə çeşmələr çağlayan kimi.Bağlarmı tapılar, tellərmi vardır,Hüseyni Arifə bağlayan kimi.Rəfiq Zəka
Misralar alovlu, duyğular ulu,Nə yaman yanmısan yanan könlümə.Bir xalqa dağ çəkdi bir şair oğlu,Aman harayladım, aman könlümə.
Çiskinli dərəyəm, dumanlı düzəm,Ömrümün çırağı keçəndən bəri.Vətəndə vətənsiz, evdə evsizəm,Arifim dünyadan köçəndən bəri.
Qəza bir qapını bağlamayıbdır,Bizim qapımızı bağlayan kimi.FüzuliMəcnuna ağlamayıbdır,HüseynArifə ağlayan kimi.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-qardasim-refiq-zekaya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Bir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
Dolur ev-eşiyiBiri dəvət etdi... getdim nə olar...Baxdım, çox zəngindir, doludur evi