Bir qüvvə içimdən əydi başımı,Bir alov sinəmi dağlar, dayanmaz.Göz yaşımı deyim, könül yaşımı?Gecəli, gündüzlü çağlar, dayanmaz.

Göylər yağış tökər, dolu səpələr,Yeriyir dalğalar, qalxır ləpələr,Keçməyin qabağa ay boz təpələr,Mən dözən dağlara dağlar dayanmaz.

Ey əcəl, ümidim sənədir ancaq,Gizləsin üzümü o qara torpaq.Hüseyn Arifin taleyinə bax,Dünyalar dərdimə ağlar, dayanmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət