Milyon könüllərdə bir arzu gülür,Yaşamaq, yaratmaq, artmaq arzusu.Yerləri, göyləri basıb bağrına,Göyləri yerlərə qatmaq arzusu.

Dənizdən-dənizə qol-qanad açmaq,Aya qonaq gedib, günəşə uçmaq,Meşəni oxşayıb, çəməni qucmaq,Ulduzlar elində yatmaq arzusu.

Mənzilə yetəndə tamamlanır iş,Çəkilər o sürət, o güc, o yeriş.Bəlkə də zirvədən daha şirinmiş.Zirvəyə can atıb, çatmaq arzusu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar