Turalım
Dünyaya göz açdın Ağstafada,Belə bir tarix də düşəcək yada.Ömrün bir ilini qoydun arxada,Yüz il indən belə yaşar Turalım.
Gül yanaq, gül dodaq, gül üz, gül sinə,Daha bundan başqa nə deyim sənə.Baxır heyran-heyran gəlib-gedənə,Atılıb-düşməyi xoşlar Turalım.
Bir də görürsən ki, dalıb xəyalaİstəyir özünü üstümə salaSaçları sarıdır, gözləri ala,Cüyür balasına oxşar Turalım.
Misaldır hərənin öz kökü, zatıSevinci, kədəri, toyu, büsatı.Hüseyn Arif tək duyar həyatıYazıb-yaratmağa başlar Turalım.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-turalim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
NəsinəNəs ildə yarandım, nəs günə düşdüm,Nəs saatda iras gəldim nəsinə.
Bala xanımYazdım sənə bu naməni, dilbərim,Oxu məzmununu qan, Bala xanım.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,