Deyə-deyə
Çaylar daşır, daşlar aşır,Bir-birini döyə-döyə.Şah bulaqlar şaqqıldaşır,Bir-birinə dəyə-dəyə.
Bu zirvədə parıltılar,Qarlı döşdə xarıltılar,Şimşək çaxdı gurultular,Sığışmadı yerə-göyə.
Sona köçüb, göldən gedir,Ətir uçub güldən gedir.Sağlığımız əldən gedir.– Sağlıq olsun, – deyə-deyə.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-deye-deye
← → düymələri ilə keçid, R — təsadüfi şeir