Həyatda nə qədər gözəl oğul, qız,Hər biri canımdır, gözümdür mənim.Qızıl yanaqlarda gülən çilçıraqQəlbdəki alovum, közümdür mənim.Onların dilində, dodağındakıTəbii söhbətim, sözümdür mənim.Bir nəvə gözünü açsa dünyayaBaxıram, elə bil, özümdür mənim.Diləyim qızlara vəfa, etibarArzum oğullara dözümdür mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri