Xosrov və Şirin, fəsil 21
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چو بر زد بامدادن بور گلرنگغبار آتشین از نعل بر سنگ
گشاد از گنج در هر کنج رازیچو دریا گشت هر کوهی طرازی
دگر ره بود پیشین رفته شاپوربه پیشآهنگ آن بکران چون حور
همان تمثال اول ساز کردههمان کاغذ برابر باز کرده
رسیدند آن بتان با دلنوازیبر آن سبزه چو گل کردند بازی
زده بر ماه خنده، بر قصب راهپرند آن قصبپوشانِ چون ماه
نشاطی نیم رغبت مینمودندبه تدریج اندکاندک میفزودند
چو در بازی شدند آن لعبتان باززمانه کرد لعبتبازی آغاز
دگر باره چو شیرین دیده بر کرددر آن تمثال روحانی نظر کرد
به پرواز اندر آمد مرغ جانشفرو بست از سخن گفتن زبانش
بوَد سرمست را خوابی کفایتگل نم دیده را آبی کفایت
به یاران بانگ بر زد کاین چه حالستغلط میکرد خود را کاین خیالست
به سروی زان سهی سروان بفرمودکه آن صورت بیاور نزد من زود
برفت آن ماه و آن صورت نهان کردبه گِل خورشید پنهان چون توان کرد؟
بگفت این در پری برمیگشایدپری زین سان بسی بازی نماید
وز آنجا رخت بربستند حالیز گلها سبزه را کردند خالی
Gül rəngli at səhər zərrin nalındanDaşlara od rəngli toz səpən zaman
Hər bucaqda yüz sirr eylədi aşkar,İpək bir örtüyə büründü dağlar.
Huritək o bakir qızlardan qabaqGəlmişdi yenə də Şapur çaparaq.
Əvvəl çəkdiyitək kağız üstünəXosrovun şəklini çəkmişdi yenə.
Gəlib bu çəmənə o şux gözəllər,Gültək açıldılar yenə təzətər.
Zərbafta geyinmiş hər nazlı pəriRişxəndlə süzürdü göydə qəməri.
Könülsüz başlandı kefə əvvəldə,Sonrasa qızışdı məclis get-gedə.
Gözəllər oynayıb, qızanda meydanOyunbazlığını başladı zaman.
Şirin nəzər saldı təzədən, yenəGözləri sataşdı o ruh şəklinə.
Başladı pərvaza canının quşu,Dili söz tutmadı, pozuldu huşu.
Sərxoşlara bəsdi bir göz yuxusu,Palçığa bəs elər azacıq bir su.
Qızlara səsləndi: "Bu necə haldır?Bəlkə səhv edirəm, bu bir xəyaldır!"
Əmr etdi birinə sərv boylulardan,Gətirsin o şəkli yanına bir an.
Ay üzlü qız şəkli gizlədi, lakinÜzünü örtmədi palçıq günəşin.
Dedi: "Bunu edən pəridir, pəri,O edir çox zaman belə işləri".
Ordan dağıldılar məyus, nəşəsiz,Güllərdən qalmadı çəməndə bir iz.
Axarlı-baxarlı yerə gəldilər,Yaxşı məclis qurub, çox dincəldilər.
Gəldi axşam çağı, o qoca qartalBir yaqut tulladı zülmətə dərhal.
Yer reyhan, əllərdə badələr gülgün,Məst olub yatdılar o gecə bütün.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-21
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, ver o müşkin şərabdan bir an,Qandan rəng vermişdir o meyə dehqan.
Şərəfnamə, fəsil 57Qalx, saqi, saf gövhər saçan camındanMənim tərkibimə gövhər saç bir an!
Şərəfnamə, fəsil 58Saqi, od xəyallı şərab ilə dur,Kəhrəba rəngli bu saxsını doldur!
Şərəfnamə, fəsil 59Saqi, gəl, qədəhi doldur mey ilə,Al ələ nəğməylə, çalğı, ney ilə!
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Kədər başdan-başa sinəmi tutmuşKədər başdan-başa sinəmi tutmuş,Nəfəs almağa da yer saxlamamış.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,