Şərəfnamə, fəsil 59
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
بیا ساقی آن جام رخشنده میبه کف گیر بر نغمهٔ نای و نی
Saqi, gəl, qədəhi doldur mey ilə,Al ələ nəğməylə, çalğı, ney ilə!
میی کو به فتوی میخوارگانکند چاره کار بیچارگان
Bir mey ki, içənlər fikrincə, demək,Xəstəyə şəfadır, dərdliyə kömək.
چو بانگ خروس آمد از پاسگاهجرس در گلو بست هارون شاه
Ucalırkən səhər xoruzun səsi,Qarovul zənginin susdu naləsi.
دوال دهلزن در آمد به جوشز منقار مرغان برآمد خروش
Təbilçi təblinin səsi ucaldı,Quşların nəğməsi ətrafı aldı.
پرستشکنان خلق برخاستندپرستشگری را بیاراستند
İbadət edənlər qalxdı yuxudan,Pərəstiş etməyə düzüldü hər yan.
شه از خواب دوشینه سر برگرفتنیایشگری کردن از سر گرفت
O səhər yuxudan qalxdı tacidar,İbadət etməyə verərək qərar,
به نیکی ز نیکیدِهَش یاد کردبدان پرورش عالم آباد کرد
Ona şəfqət edən haqqı etdi yad,Etdi bu hikmətlə dünyanı abad.
چو آورد شرط پرستش بجایبه شغل می و مجلس آورد رای
Nəhayət verincə ibadətinə,Şərab məclisini bəzədi yenə.
گهی خورد می با نواهای رودگهی داد بر نیکعهدان درود
Mey ilə, çalğıyla gah olurdu şad,Vəfalı dostları gah edirdi yad.
به گلگون می تازه همچون گلابز سر درد میبرد و از مغز تاب
Gülabdan saf olan gül rəngli şərabHər başdan dərd alır, hər beyindən tab.
درِ لهو بگشاد بر همدمانز در دور غوغای نامحرمان
Onunla bir məclis qurdu şəndən şən,Uzaqdı düşməndən, qanlı döyüşdən.
سخن میشد از هر دری در نهفتکس افسانهای بی شگفتی نگفت
Elə ki açıldı, uzandı söhbət,Danışdı hərə bir gözəl rəvayət.
یکی قصه کرد از خراسان و غورکز آنجا توان یافتن زر و زور
Biri söhbət açdı Xorasan, Qurdan,Ordakı qızıldan, qüvvətdən, zordan,
یکی از سپاهان و ری کرد یادکه گنج فریدون از آنجا گشاد
Birisi danışdı Rey, İsfahandan,Firidun dövləti çıxan məkandan.
یکی داستان زد ز خوارزم و چینکه مشگش چنانست و دیبا چنین
Çindən, Xarəzmdən söz açdı biri:“Var gözəl ipəyi, müşkü, ənbəri”.
یکی گفت قیصور به زین دیارکه کافور و صندل دهد بیشمار
Birisi söylədi: “Gözəldir Qeysur,Bu yerdən çıxar hər səndəl və kafur”.
یکی گفت هندوستان بهترستکه هیمهش همه عود و گل عنبرست
“Hindistan gözəldir, - dedi, - bir nəfər,Odunu ud olur, palçığı ənbər”.
در آن انجمن بود پیری کهنچو نوبت بدو آمد آخر سخن
Məclisdə var idi bir nəfər qoca,Danışmaq növbəti ona çatınca,
همیدون زبان بر شگفتی گشادچو دیگر بزرگان زمین بوسه داد
Maraqla başladı qoca sözünü,Baş əyib, torpağa qoydu üzünü:
که از هر سواد آن سیاهی به استکه آبی درو زندگانیده است
“Dünyada zülmətə çatmaz bir diyar,O gözəl torpaqda həyat suyu var.
به گنج گران عمر خود بر مسنجکه خاک است پر گنج و حمال گنج
Ömrünü artırmaz xəzinə, cəlal,Torpaqda çox yatır xəzinə, xam mal.
چو خواهی که یابی بسی روزگارسر از چشمه زندگانی بر آر
Yaşamaq istəsən dünya uzunu,Get, keçir əlinə həyat suyunu!”
شدند انجمن با سرافکندگیکه چون در سیاهی بود زندگی؟!
Bu sözdən utandı məclis, qaldı mat,Qaranlıq bir yerdə olurmu həyat?
سکندر بدو گفت کای نیکمردمگر کان سیاهی بر آن آب خورد
Şah dedi: “Yoxsa var başqa bir hikmət?Həyat çeşməsində olan bu zülmət.
سواد حروفیست دست آزمایهمان آب او معنی جانفزای
Yazılmış hərflər qarasıdır bu,Mənəvi həyata can verir suyu.
وگرنه که بیند زمینی سیاههمان چشمه کز مرگ دارد نگاه
Kim görmüş yoxsa bu həyat suyunu,Zülmətdə ölümdən qurtarsın onu!”
دگر باره پیر جهاندیده گفتکه بیرون از این رمزهای نهفت
O qoca dedi: “Ey uca tacidar!Bu sudan uzaqdır dediyin əsrar.
حجابیست در زیر قطب شمالدرو چشمهای پاک از آب زلال
Var Şimal qütbündə qaranlıq bucaq,Ağ, gümüş çeşməsi hər sudan parlaq.
حجابی که ظلمات شد نام اوروان آب حیوان از آرام او
Bu qaranlıq yerə deyirlər zülmat,O zülmət içində var abi-həyat”.
هر آنکس کزان آب حیوان خوردز حیوانخوران جهان جان برد
O suyu kim içsə olur qəlbi şən,Qurtulur ölümdən və xəstəlikdən.
وگر باورت ناید از من سخنبپرس از دگر زیرکان کهن
Sözümdə azacıq olsa şübhəniz,Soruşun sınaqlı qocalardan siz!”
ملک را ز تشویش آن گفتگویپدید آمد اندیشهٔ جستجوی
İskəndər bu sözə heyrət etdikcə,Aramaq marağı artdı getdikcə.
بپرسید از او کان سیاهی کجاستنماینده بنمود کز دست راست
Sordu ki: “Bu zülmət harda?” GöstərənGöstərdi padşaha: “Bax, bu sağ əldən
ز ما تا بدان بوم راه اندکیستازین ره که پیمودی از دَه یکیست
Qaranlıq ölkəyə qısa yol gedir,Gəldiyin bu yolun onda biridir”.
چو شه دید کان چشمهٔ خوشگواربه ظلمت توان یافتن صبحوار
Eşidincə bunu şah dedi: “AncaqZülmətdə mümkündür işığı tapmaq”.
در بارگه سوی ظلمات کردبه رفتن سپه را مراعات کرد
Zülmata çevirdi şah öz yolunu,Gedərkən nəzərə aldı ordunu.
چو شد منزلی چند و در کار دیدز لشگر بسی خلق بیمار دید
Sürətlə bir neçə mənzil at sürdü,Əsgərin bir çoxu xəstədir, gördü.
جهانی روان بود لشگرگهشجهانی دگر خاص بر درگهش
Ardınca axırdı bir dünya ordu,Xaslar da yanında alay vururdu.
ز بازار لشگر در آن کوچگاهبه بازار محشر همیماند راه
Ordu bazarını görən bir insanSeçməzdi məhşərin bazarlarından.
سوی شیر مرغ ار عنان تافتندبه بازار لشگر گهش یافتند
O yerdə quş südü arayan belə,Ordu bazarında gətirdi ələ.
به هر خشکساری که خسرو رسیدببارید باران، گیا بردمید
Hər quraq bir yerə çatdı İskəndər,Yağışdan yaşıla büründü çöllər.
پی خضر گفتی در آن راه بودهمانا که خود خضر با شاه بود
Xızır iz salmışdı sanki bu yola,Yainki gedirdi şahla qol-qola.
ز بسیاری لشگر اندیشه کردصبوری در آن تاختن پیشه کرد
Ordu çoxluğundan şah getdi fikrə,Belə yol getməkdə sığındı səbrə.
یکی غارگه بود نزدیک دشتکه لشگرگه خسرو آنجا گذشت
O çöldə vardı bir böyük mağara,Padşahın ordusu çatınca ora,
بنه هر چه با خود گران داشتندبه نزدیک آن غار بگذاشتند
Ordunun yanında nə qədər yük var,Mağara yanında yerə qoydular.
از آن جمع کانجای شد جایگیرشد آن بوم ِ ویران عمارتپذیر
O geniş çöllərdə saldılar məskən,Şənlikdən viranə çöllər oldu şən.
بن غار خواندش نگهبان دشتبه نام آن بن غار بلغار گشت
Çölbəyi o yerə ad verdi: Bünğar,Get-gedə o şəhər adlandı Bulğar.
کسانی که سالار آن کشورندرهی زاده شاه اسکندرند
Bu gün o ölkədə rəyasət sürən,Yerləşib qalandır şah səfərindən.
چو شه دید کان لشگر بیقیاسدران ره نباشند منزلشناس
İskəndər görüncə o saysız orduYol və iz bilməyir, bir tədbir qurdu.
تنی چند بگزید عیاروشکماندار و سختیکش و سختکش
Ordudan ayrıldı bir neçə əyyar,İstidən, soyuqdan, çıxmış oxçular,
دلیر و تنومند و سختاستخوانشکیبنده و زورمند و جوان
Ürəkli, sümüyü bərk, dəliqanlı,Səbirli, qüvvətli, gənc, polad canlı.
بفرمود تا هیچ بیمار و پیرنگردد دران راه جنبشپذیر
Əmr etdi qocaya və xəstələrə:Əsgərlə çıxmasın ağır səfərə!
که پیر کهن کاو بود سالخوردز دشواری منزل آمد به درد
Qocalar, xəstələr bu qorxunc yerdə,Dolaşıq yollarda düşməsin dərdə.
نشستند پیران، جوانان شدندره دور بیراهدانان شدند
O yola - qocasız etdilər səfər,Qocalar oturdu, yol aldı gənclər.
جهانخسرو از مردم آن دیارطلب کرد کارآگهی هوشیار
Bir nəfər o yerin ayıqlarındanHüzura istədi ulu hökmüran.
به ره بردن لشگرش پیش داشتدو منزل به هر منزلی میگذاشت
Yox idi ordunun sayı, miqdarı,Hər mənzil başında qoydu onları.
همه توشهٔ ره ز شیرین و شورروان کرد بر بیسراکان بور
Şor, şirin hər azıq çarpsa nəzərə,Yüklətdi qüvvətli, gənc dəvələrə.
دو اسبه سپه سوی ظلمات راندبر آن ماندگان نایبی برنشاند
Qoşunla at çapdı qaranlıq suya,Bir naib tikdi o, qalan orduya.
به اندرز گفتن همه گفتنیکه جایی چنین هست ناخفتنی
Onlara nəsihət elədi bir az:“Bu yerdə qəflətlə göz yummaq olmaz!”
چو یک ماهه ره رفت سوی شمالگذرگاه خورشید را گشت حال
Atını Şimala doğru çaparaq,Günəş gərdişindən şah düşdü uzaq.
ز قطب فلک روشنایی نمودبرآمد فرو شد به یک لحظه بود
Fələyin qütbündən doğunca işıq,Azacıq keçmədən sönürdü artıq.
خط استوا بر افق سرنهادمیانجی به قطب شمال اوفتاد
Üfüqə baş qoydu xətti-üstüva,Qütb isə kənardan keçdi ortaya.
به جایی رسیدند کز آفتابندیدند بیش از خیالی به خواب
Bir yerə çatdılar parlaq GünəşdənYalnız bir xəyaldı gözlə görünən.
سوی عطفگاه زمین تاختنددر آن سایبان رایت افراختند
Sürdülər kölgəlik deyilən yerə,Sançdılar bayrağı kölgəliklərə.
زمین از هوا روشنایی ربودحجاب سیاهی سیاست نمود
Havadan işığı yer qapmış artıq,Hər yerə hakimdi dərin qaranlıq.
ز یکسو سیاهی براندود حرفدگر سو گذر بست دریای ژرف
Bu yandan ətrafı qaranlıq tutmuş,O yandan yol-izi bir dəniz udmuş.
همیبرد ره رهبر هوشمندبه یکسو ز پرگار چرخ بلند
Ağlıyla bu yolu tutaraq rəhbər,Xətti-üstüvayə qarşı getdilər.
چو گشت اندکاندک ز پرگار دوربه هر دوریی دورتر گشت نور
Get-gedə pərgardan olduqca uzaq,Günəşdən, işıqdan düşdülər iraq.
چنین تا گذرگه به جایی رسیدکه یکباره شد روشنی ناپدید
Gedərkən bir yerə çatdılar o gün,Gözlərdən aydınlıq itdi büsbütün.
سیاهی پدید آمد از کنج راهجهان خوش نباشد که گردد سیاه
Hər yandan yolları bürüdü zülmət,Bu dünya qaralsa verərmi ləzzət?
فرو ماند خسرو که تدبیر چیستنمایندهٔ رسم این راه کیست
İskəndər şaşırdı, aradı tədbir:“Bu yolda doğru iz göstərən kimdir?”
سگالش نمودند کارآگهانکه هست این سیاهی حجابی نهان
Bilənlər söylədi ki: “Bu qaranlıqPərdədir, iç-üzü görünməz artıq.
درون رفت شاید بههر سان که هستبه باز آمدن ره که آرد بهدست
Mümkündür irəli getmək yol ilə,Dönərkən çətindir gətirmək ələ”.
به چارهگری هر کسی میشتافتبه سامان چاره کسی ره نیافت
Çox çarə aradı hər tədbir verən,Olmadı buna bir tədbir göstərən.
چو آمد شب آن نیم روشن دیارسیه مشک بر عود کرد اختیار
Gecəydi o yerdə, qaranlıq diyar,Müşkü ud yerinə etdi ixtiyar.
برآشفت گردون چو زنجیریییبه زنگی بدل گشت کشمیرییی
Kinindən olmuş göy dəli, zəncirli,Zəncinin yerinə keçdi kəşmirli.
شد آن راه از موی باریکترز تاریکی شام تاریکتر
Getdikcə yol oldu tükdən də incə,Zülmətdən qurulmuş qaranlıq gecə.
به بنگاه خود هر کسی رفت بازدر اندیشه آن شغل را چارهساز
Hər kişi qayıtdı öz mənzilinə,Bu işə bir tədbir düşündü yenə.
نبرده جوانی جوانمرد بودکه روشن دلش مهر پرورد بود
Bir igid gənc vardı, ağılca ulu,Saf, işıq ürəyi şəfqətlə dolu.
پدر داشت پیری نود سالهایز رنج تنش هر زمان نالهای
Atası qocaydı, doxsan yaşı var,Bədən ağrısından sızlayıb ağlar.
در آن روز اول که فرمود شاهکه ناید ز پیران کسی سوی راه
O gün ki, padişah vermişdi əmr:“Çıxmasın bu yola xəstə ilə pir!”
جوانمرد بود از پدر ناشکیبچو بیمار نالنده از بوی سیب
Gənc oğlu vurğundu xəstə ataya,Necə ki, bir xəstə göynər almaya,
نگهداشت آن پیر فرتوت راچو دیگر کسان سرخ یاقوت را
Qocanı özüylə aldı bərabər,Necə ki, başqalar yaqutu gizlər,
به صندوق زادش نهان کرده بودبه نرخ رهآوردش آورده بود
Azıq sandığında gizlətdi onu,Onunla dolaşdı zülmət yolunu.
دران شب که از رای برگشتگیدرآمد به اندیشه سرگشتگی
Taleyin qoşundan küsdüyü gecəO gənci aldı bir dərin düşüncə.
جوان آن در بسته را باز کردوزین در سخن با وی آغاز کرد
Gecəykən sandığı açdı o cavan,Etdi atasına o sirri bəyan:
کز این آمدن شه پشیمان شدهستز سختیکشی سستپیمان شدهست
“Padişah səfərdən oldu peşiman,Çətinlik çəkməkdən qırılmış peyman.
ز تاریکی آمد دلش را هراسکه هنجار خود را نداند قیاس
Qəlbinə bir qorxu salmış qaranlıq,Bir tədbir düşünə bilməyir artıq.
تواند درون رفت بی رهنمونبرون آمدن را نداند که چون
Bələdçi olmadan gedir irəli,Bilməyir nə sayaq dönəcək geri”.
جوانمرد را پیر دیرینه گفتکه هست اندرین پرده رازی نهفت
Oğluna baxaraq dedi ixtiyar:“Bu qara pərdədə gizli bir sirr var.
چو هنگام رفتن رسد شاه رابدان تا برون آورد راه را
Padişah getməyə başlarkən ora,Zülmətdən dönməyə vardır bir çara:
یکی مادیان بایدش تندرستکه زادن همان باشد او را نخست
Padşaha gərəkdir ilk dəfə doğan,Vücudu sapsağlam boğaz bir madyan.
چو زاده شود کره باد پایسرش باز بُرند حالی بجای
Anadan olunca o körpə daylaq,Başını bir yerdə kəssinlər, ancaq
همانجا که باشد بریده سرشنپوشند تا بنگرد مادرش
Örtməyib qoysunlar yerdə cəmdəyi,Anası görüncə, yansın ürəyi,
دل مادیان زو بهتاب آورندوزانجا به رفتن شتاب آورند
İçində qopsun bir həyəcan, hiddət,Durmasın padişah, etsin hərəkət.
چو آید گه بازگشتن ز راهبود مادیان پیشرو در سپاه
O yoldan geriyə döndüyü zamanOrdunun önündə gedəcək madyan.
به پویه سوی کره نغز خویشبرون آورد ره به هنجار پیش
Çaparaq sevimli daylağa sarı,O yoldan beləcə çıxar dişarı.
از آن راه بی رهنمون آمدنبدین چاره شاید برون آمدن
O yolda bələdçi olmadan belə,Dişarı çıxarlar bu tədbir ilə”.
جوان کاین حکایت شنید از پدربه چارهگری رشته را یافت سر
Qocanın sözünə o gənc uyaraq,Kələfin başını tapdı bu sayaq.
سحرگه که مشگین پرند طرازبه دیبای عودی بدل گشت باز
Göylərin o müşkün ipəyi səhərOlunca ud rəngli dibayə bənzər,
شهنشاه بنشست با انجمنبه رفتن شده هر یکی رایزن
İskəndər məclislə yenə oturdu,Getməyə hər biri bir tədbir qurdu.
ز هر گونهای چاره میساختنددگر سان فسونی برانداختند
O məclis nə qədər göstərdi tədbir,Bu əsrar haqqında söylədi fikir,
شه افسون کس را خریدار نیدر چاره بر کس پدیدار نی
Xoşuna gəlmədi ulu padşahın,Tədbirlər kimsəyə deyildi aydın.
جوان خردمند آهستهرایسخن راند از اندیشهٔ رهنمای
Öz zəif fikriylə o gənc yanaşdı,Bələdçi haqqında şaha söz açdı.
حدیثی که از پیر دانا شنیدبه چارهگری کرد با شه پدید
Atası söyləyən sözləri bir-birPadşaha anlatdı ki, budur tədbir!
چو بشنید شه دلپذیر آمدشبه نزد خرد جایگیر آمدش
Xoş gəldi bu sözlər, yatdı könlünə,Beynində yer etdi o dönə-dönə.
بدو گفت کای زادمرد جوانچنین رای از خود زدن چون توان؟
Dedi: “Ey mərd oğul, belə fikri sənNə sayaq oldu ki, qurdun özündən?
تو این دانش از خود نیندوختیبگو راست تا از که آموختی؟
Bu bilgi özündən gəlməmiş ələ,Sən kimdən öyrəndin, gəl, doğru söylə.
اگر گفتی آماده گشتی به گنجوگرنه ز کج گفتن آیی به رنج
Var, sərvət verərəm doğru söyləsən,Zillətə düşərsən düz deməməkdən”.
جوان گفت اگر زینهارم دهیکنم محمل از بار آوخ تهی
Gənc dedi: “Padşahım, mənə ver aman,Boşalsın kəcavə bu yüklü atdan.
شهنشه چو فرمود روز نخستکه ناید به ره پیر ناتندرست
O gün ki, əmr etdi ulu hökmüdar,Çıxmasın yola bir xəstə, ixtiyar,
پدر داشتم پیر دیرینه سالز گردون بسی یافته گوشمال
Bir qoca atam var, bu qoca insanÇox qulaqburması görmüş dövrandan.
من از شفقت پیر بابای خویشفراموش کردم محابای خویش
Ürəyim çox yandı qoca atama,Əmrə itaəti unutdum tamam.
به پوشیدگی با خود آوردمشنه بد بود اگرچه بد آوردمش
Özümlə gizlincə gətirdim onu,Pis gətirdimsə, pis olmadı sonu.
سخنهای ره رفتن شاه دوشرسانیدم او را یکایک به گوش
Dünən yol haqqında olan sözləriAtama açmaqdan durmadım geri.
به تعلیم او دل برافروختمچنین چارهای زو درآموختم
Onun təlimini dinlədim bir an,Söylənən tədbiri öyrəndim ondan”.
شه از رای آن رهنمون در نهفتبر افروخت وین نکته نغز گفت
Çox incə bir nüktə söylədi, deyə,Şah onun sözündən ucaldı göyə:
جوان گرچه شاه دلیران بوَدگه چاره محتاج پیران بود
“Bilənlər padşahı olsa da yenə,Bu gənclər möhtacdır qoca fikrinə.
کدو گر به نو شاخ بازی کندبه شاخ کهن سرفرازی کند
Gənc budaqlarıyla oynarsa qabaq,Başını ucaldar bir köhnə budaq.
جوان گر به دانش بود بینظیرنیاز آیدش هم به گفتار پیر
Bilikdə birinci olsa cavanlar,Qocalar fikrinə ehtiyacı var”.
درین گفتگو بود شاه جهانکه آن مرد وحشی ز در ناگهان
Dünya padşahı söhbətdə ikən,Qapıdan divgövdə o vəhşi birdən.
درآمد درآورد نزدیک شاهیکی پشتهوار از سمور سیاه
İçəri girincə yanaşdı məğrur,Padşaha göstərdi bir şələ samur.
ازو هر یک از قندزی تامتربه جوهر یک از یک بهاندامتر
Hər biri parlaq bir qunduzdan artıq,Bir-birindən alır bəzək, yaraşıq.
چو شه نزل او را خریدار گشتدگر ره ز شه ناپدیدار گشت
Malına xiridar çıxdı hökmüran,Yenə birdən-birə yox oldu ordan.
به تاریکی اندر نهان کرد رختعجب ماند شه اندران کار سخت
Qaranlıq içində yox oldu vəhşi,Padşahı heyrətə saldı bu işi.
به اندیشهٔ روشنایینمایدو اسبه سوی ظلمت آورد رای
İşıqlıq göstərdi, fikri eşitdi,Zülmətə getməyə padşah əmr etdi.
بفرمود تا مادیانی چو بادکز آبستنی باشدش وقت زاد
Əmr etdi: “Yelayaq bir boğaz madyanAlsınlar, o heyvan doğduğu zaman,
بیارند از آن گونه کان پیر گفتشود زادهٔ باد با خاک جفت
Kişinin sözünə tamam uyaraq,Alınsın, kəsilsin o körpə daylaq”.
چو کردند کاری که فرمود شاهسوی آب حیوان گرفتند راه
Padşahın fərmanı həyata keçdi,O işıq çeşməyə doğru yol seçdi.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-serefname-59
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tərbiyə verənimsə ədəb nurini saçdı,Mənə doqquz fələkin düyünlərini açdı.
Sirlər xəzinəsi, fəsil 17Bir tərəfə atınca gülək öz niqabını,Xacəsə işə saldı eşqinin rübabını.
Sirlər xəzinəsi, fəsil 18Bir dəfə öz tayının dalınca gəzdirib gözİki-üç munisilə danışdı iki-üç söz,
Sirlər xəzinəsi, fəsil 19Əzəliyyət fərşində sürüb öz həyatını,Nə etdisə onunçun aldı mükafatını.
Başqa şairlərin şeirləri
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?