Səninlə nur saçar əqlim, kamalımSənsiz göydə bulud, dağda çən ollam.Səninlə açılar fikrim, xəyalımGülməsən kədərli, gülsən şən ollam.

Az deyil dostluğun qədrini bilən,Dosta dost kimi bax, dost kimi dillən.Ancaq düşmənimlə düşmən olma sən,Dözən hər döyüşdə təkcə mən ollam.

Ayları, illəri salsam da yola,Yaşaram könlümün öz arzusuyla,Bir zərrə şəfəqlə, bir damcı suylaBir qarış torpaqda bir çəmən ollam.

Sınaq meydanında seçilər insan,Enişlər, yoxuşlar gəlməsin asanBircə sən adını təmiz saxlasan,Mən ölən günəcən Hüseyn ollam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar