Oğul
Onsuz da həyatda xoşbəxt deyildim,Bir dünya möhnətdim, kədərdim, oğul.Kərəmi, Dilqəmi xatırlasam da,Kərəmdən, Dilqəmdən betərdim, oğul.
Həftələr dolanıb qalır arxada,Səhəri, Zöhrəni gətirib yadaSənsiz arsız-arsız qaldım dünyada,Sığmaz yüz kitaba bir dərdim, oğul.
Həyatda başadək deyib gülmədin,Hüseyn Arifə yaxın gəlmədinSən mənim çiynimdə gedə bilmədin,Of, sənin çiynində gedərdim oğul.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-ogul
← → düymələri ilə keçid, R — təsadüfi şeir