Soruş
Dedim: – Yol, nə uzandın?Uzanıb, nə qazandın?Dedi: – İncimə məndən,Bunu yoxuşdan soruş.Dedim: – Yoxuş, nə oldu?Ayaqlarım yoruldu.Dedim: – Mənə nə var ki,Torpaqdan, daşdan soruş.Dedi: – Torpaq, nədir sənBelə tərslik edirsən?..Dedi: – Bu ağırlığıQardan, yağışdan soruş.
Dedim: – Qar, dincəl bir az,Yolu bağlamaz olmaz.Dedi: – Bu vəziyyətiQış gəlib, qışdan soruş.
Yol güldü, yoxuş güldü,Qar güldü, yağış güldü.Üstümə birdən-birəPayız güldü, qış güldü,Dedilər: – Ay Hüseyn,Qınama təbiəti,bu sirri, bu hikmətiYaş ötüb, yaşdan soruş.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-sorus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Hindistanlı bir mö’bid güc verərək ayağa,Yol getdi, yol yeridi baxsın bostana, bağa.
Bir mahı sevib, çərxə təmənnadən usandıqBir mahı sevib, çərxə təmənnadən usandıq,Bu düşməni-kəcbinə müdaradən usandıq.
Qəlbimin parçasıQəlbimin parçası hər şerim ki, var,Ürək ağrılarım, ürək qanımdır.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,