Qoymayın
Meşələr, qoymayın itsin bulaqlar,Çeşmələr pozulsun, çaylar pozulsun.Nəğmələr, qoymayın sussun dodaqlar,Qayalar, qoymayın qartal yorulsun.
Lalələr, qoymayın düzlər boş qala,Buludlar, qoymayın göylər boşalsın.Çiçəklər, qoymayın bülbül lal ola,Gözəllər, qoymayın şair qocalsın.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-qoymayin
← → düymələri ilə keçid, R — təsadüfi şeir