Düzlər keçdim, dağlar aşdım aramsız,Nə aranda, nə yaylaqda yoruldum.Keçidləri, dolayları yoxladım,Nə yaxında, nə uzaqda yoruldum.

Ayaqlarım keçdi daşda, qayada,Nə enişdə, nə yoxuşda yoruldum,İsti, soyuq heç varmadım fərqinə,Nə boranda, nə yağışda yoruldum.

Bir söz dedin,ümidimi itirdim,Geri döndüm, yaman halda yoruldum.Nə çox, nə az,beş addımdır aramız,Sizdən bizə gələn yolda yoruldum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri