Yavaş-yavaş
Həftə başa varır, ay gəlib gedir.İtirib nurunu göz yavaş-yavaş.Soyuyur məclisim çeşmə başında,Qaralır ocaqda köz yavaş-yavaş.
Qəm yağır günəşin solğun telindən,Daş qopur dağların sərxoş selindən.Payız yarpağı tək xəzan yelindən,Dağılır sinəmdən söz yavaş-yavaş.
Fikir ağartmasa saçda dən olmaz,Can yorğun düşəndə ürək şən olmaz.Hüseyn! Həmişə sən deyən olmaz,Zamanın hökmünə döz yavaş-yavaş.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-yavas-yavas
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
Bu sənsən, inanSıxıcı günlərin soyuğu bitdi,Ruhuma əl çəkdi ilıq bir səhər,
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,