Bu dünya düzəlsə...
Uzanır axşamdan sabaha qədərPünhani pıçıltı, xudmani söhbət.Bilmirəm dost kimdi, düşmən hansıdı,Bu necə məhəbbət, bu necə nifrət?!
Zamana bulanıb, vaxt qarışıqdı,Hər şey göz önündə açıq-saçıqdı.Qapı nə örtülü, nə də açıqdıAtüstü ehtiram, atüstü hörmət.
Bu nə haqq-hesabdır, bu nə üsuldur,Verməyə tələsir alıcı quldur.Katibi maşında bir “saldat” tutur,Qəribə vəzifə, qəribə xidmət...
Uçuruq şan-şöhrət havasına biz,Baxmayıb ağına, qarasına bizElə haram qatdıq mayasına biz,Bu dünya düzəlsə atama lənət.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-bu-dunya-duzelse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Qəzəl: Gül dövridir əlində kömək kim ayağı varGül dövridir əlində kömək kim ayağı var,Kövsər suyilə bağı-cinandan fəraği var
AğaQaldım bu qürbətdə, zindana düşdüm,Qəbul eylə, bircə əzrim var, ağa!
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,