Xalqsız xalq şairləri
Bir həyat şairi var.Bir də vaxt şairləri.Eldən, gündən xəbərsizSaray, taxt şairləri.
Biri haqqa daş atar,Biri kölgədə yatar,Kim sevib, kim yaşadarBu bədbəxt şairləri.
Biri var, üzdəniraqHaça dil, hazıryaraqQapı-baca, künc-bucaqƏl-ayaq şairləri.
Hüseyn Arif, nə xəbərNə qədərmiş, nə qədərBaşsız başa keçənlərXalqsız xalq şairləri.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-xalqsiz-xalq-sairleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Söyüddən bir paya düzəltdi bağban,Çəpərin ömrünü uzatmaq üçün.
QəzəlKeçirmə vaxtını, ey dost, mərifət olmayan yerdə,Rəzalət hökmü fərmandır, həqiqət olmayan yerdə.
Yaxşı kiYaxşı ki, qartalın fəsadı yoxdur,Qayalar zirvədə qana batardı.
ÇörəkÇörək müqəddəsdir eldə, obada,Əsrlər boyunca unudulmayıb.
Başqa şairlərin şeirləri · Vətən
Çirağı-müzlimi-ümmid işıqlanmazmı, yanmazmı?Siyəhru bəxtimiz ğədrü cəfasından utanmazmı?
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Yaralı sorğuBu gün bir tanış sordu məndən:– Təbrizə gedirsən, getmirsən,
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.