Çörək müqəddəsdir eldə, obada,Əsrlər boyunca unudulmayıb.Odu ayaqlayıb ötən olsa da,Çörəyin üstündən keçən olmayıb.

Odur süfrəmizə yaraşıq, bəzək,Açmış qapımızı nə qədər qonaq.Biz çörək vermədik çörək istəyək,Biz çörək verdik ki, çörəkli olaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri