Buraxma fürsəti, buraxma əldən,Göydə qərar tutub, yerdə tapılmaz.Harayla, harayın qalar içində,Xeyirdə görünüb, şərdə tapılmaz.

Nə çiçəkdən soruş, nə otdan soruş,Nə sudan xəbər al, nə oddan soruş,Nə yardan, yoldaşdan, nə yaddan soruş,Namərdə səs verib, mərdə tapılmaz.

Ömrün səfərini bitirmə vaxtsız,Karvanı mənzilə yetirmə vaxtsız,Hüseyn Arifi itirmə vaxtsız,O elə şairdi, bir də tapılmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri