Dərya səbrim damla-damla,Şüşə könlüm sınıq-sınıq.Üzü dönmüş, heç olmasaBu günümdə qarşıma çıx.

Haradaydım hara atdın,Hara gəldi ora atdın.Kənardan kənara atdınSən bir tufan, mən bir qayıq.

Hüseyn Arif, bumu, toyun?..Sevinc kədərlə qol-boyun.Ömür müvəqqəti oyun,Ölüm – əbədi ayrılıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri