Sonasan, qıymaram gölə,Göldə soyuq dəyər sənə.Gül yanında dönmə gülə,Güldə soyuq dəyər sənə.

Uyma özgə əməlinə,Qoşulma qıza, gəlinə.Düşərsən yaman dilinə,Dildə soyuq dəyər sənə.

Bu nə arzu, bu nə dilək,Alışıram ürək-ürək.Tül bədənə tül nə gərək,Tüldə soyuq dəyər sənə.

Çəkmə darağa telini,Kəmərlə sıxma belini,Əldə saxlama əlini,Əldə soyuq dəyər sənə.

Hüseyn Arif, bu nə sirr?Vədə ötür, vaxt tələsir.Könlümə köç, külək əsirÇöldə soyuq dəyər sənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri