Deyərlər
Çiçəklər, çiçəklər qürrələnməyin,Bir axşam gül fəsli bitdi deyərlər.İlk bahar köçünü başa vurmamış,Son bahar yüyürüb yetdi deyərlər.
Qar altda təngiyib, bozaranda qışArandan yaylağa tələsir yağış.Şirin qaqqıltıdan göylər doymamışDurnalar səf çəkib, ötdü deyərlər.
Quruyur ağacım, solur çəmənim,Dəyişir gözümdə yurdum, məskənim.Bir gün həsrətimi çəkənlər mənimHüseyn gəlmişdi, getdi deyərlər.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-deyerler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Nəvayi-aşiqanəYaran, bahar mövsümüdür, aşiq olmalı!Canan yolunda ölmək üçün şaiq olmalı!
EylərMərifətin çoxu, tamahın azı,İnsanlıq elminə düz diqqət eylər.
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm