Mərifətin çoxu, tamahın azı,İnsanlıq elminə düz diqqət eylər.Səni eldən, eli də səndən razı,Eyləsə, eyləsə həqiqət eylər.

Düzlük olsa insanların hasında,Canında, qanında, təmənnasında,Məhəbbət yaradar el arasında,Hörməti süfrəyə sədaqət eylər.

Miskinli Vəlinin qaralmaz qanı,Hesabdar düz çəksə, hesabı-sanıBahar çəmənzarı, küllü dünyanı,Aləmi gül, çiçək ədalət eylər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar