Harda şəfəq parlayıb,Harda günəş boylanır.Qəlbim orda döyünüb,Fikrim orda dolanır.

Harda bir ev yüksəlib,Harda bir ocaq yanır.Qəlbim orda döyünüb,Fikrim orda dolanır.

Harda təzə bağ düşüb,Təzə ağac sulanır.Qəlbim orda döyünüb,Fikrim orda dolanır.

Harda torpaq oyanıb,Harda həyat canlanır.Qəlbim orda döyünüb,Fikrim orda dolanır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri