Çətini biz ölüncədi,Gedəcək, hamı gedəcək,Biz dünyadan gedən tə-kiDünyanın qanı gedəcək.

Solacaq bağçası-bağı,Quruyacaq son budağı,Dənizin suyu, balığı,Sahilin qumu gedəcək.

Birtəhər, pismi, yaxşımı,Yola salıb son axşamı,Söndürüb sonuncu şamıƏn son adamı gedəcək...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar