Şam
Füzulinin xatirəsinə
Yüz illərdi bir şam yanır,Küləklər söndürə bilmir.Yüzlərlə əllər uzanır,İşığını dərə bilmir.
Qaranlıqsa solu-sağı,Yanan şamın nə günahı?!Əriyir, tökülür yağı,Ölür, ölür, ölə bilmir.
Gilə-gilə, damla-damlaGünbəgün üzülən canla,Ağlayır hər ağlayanla,Hər gülənlə gülə bilmir.
Qızındırır yazıqları,Qorxuzur yalquzaqları,İşıqladır uzaqları,Öz dibini görə bilmir...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-sam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənin kölgən düşür burda hər şeyə;Bu evə-eşiyə,
Bu güzgüyə bir vaxt qoşa baxardıqBu güzgüyə bir vaxt qoşa baxardıq, -bu güzgüdə yerin indi boş qalıb.
Köhnə məktublarXəbər gələr daha ömrün qışından,Soyuyarsan - saçlarına qar düşər.
AyrılıqYenə bu şəhərdə üz-üzə gəldik,Neyləyək, ayrıca şəhərimiz yox.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Dövran yalnız bir həftədir, həftə özü yox fəqət.
Fərzəndani-şəbüstərYemiyək, içmiyək, boş sözlər danışmayaq,Möhtac olluq düşmənə biz egər çalışmayaq.
دلا گر گوهر مقصود خواهی دیده دریا کنز فیض دانهٔ اشک آستین پر درّ لالا کن
Bu gecəYığılın əhbablar, yaran yoldaşlar,Bir sağalmaz dərdə düşdüm bu gecə.