Ayrılıq
Yenə bu şəhərdə üz-üzə gəldik,Neyləyək, ayrıca şəhərimiz yox.Bəlkə də, biz xoşbəxt ola bilərdik.Bəlkə də, xoşbəxtik,xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -Tanıya bilmədim,məni bağışla.Mən elə bilirdim, sənsiz ölərəm,Mən sənsiz ölmədim,məni bağışla!
"Ölmədim" deyirəm,nə bilim axı, -Bəlkə də, mən sənsiz ölmüşəm elə,Qəbirsiz-kəfənsizölmüşəm elə.Bəlkə də, biz onda ayrılmasaydıq,Nə mən indikiydim.nə sən indiki, -Ayrıldıq, şeytanı güldürdük onda:Bu ilin,bu ayınbu günündəki,
Elə bu küçənin bu tərəfindəkiməni də, səni də öldürdük onda.
...Sağımız-solumuz adamla dolu,Qol-qola kişilər, qadınlar keçir.Özündən xəbərsizömründə min yolÖzünü öldürən adamlar keçir.
Keçir öz qanına batan adamlar,Bir də ki, qan hanı?Qan axı yoxdu...Hamı günahkardı dünyada,ammaDünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,Sapanddan atılan bir cüt daşıq biz.Bəlkə bu dünyadaon-on beş il yox,Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib,nəsəÇaşmışıq, bir özgə yoldan getmişik.Bəlkə min il qabaq səhv düşüb nəsə,Minillik bir səhvəqurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnindəögey analarÖgey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,Taleyim başqaymış doğrudan elə.O yoldan ötən qızanamdı bəlkə.Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdəgörən sən nəsən?Bəlkə heç sevgilim deyilsən mənim.Anamsan,bacımsan,nənəmsən,nəsən?!..Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,Çatmaz dadımızanə yol, nə körpü.
Ölüsən,dirisən,hər nəsən,dayan!Dayan, heç olmasa əlindən öpüm...
Deyirsən: "Ölüyəm, ölünü öpmə..."Əlimin içindəsoyuyur əlin.Deyirsən: "Sən allah, əlimi öpmə,əlimdən, deyəsən, qan iyi gəlir..."
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-ayriliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu kəndin yanından qatarlar keçir...Gecələr yuxuda diksinir bu kənd,
Fatmanın oğlu İsmayılFatmanın oğlu İsmayıl,bu şəhərdə nə işin var?
Elə beləcəÇıxıb gedəcəyəm elə beləcə,Bir də görəcəyəm kəndimizdəyəm.
Tənha qarılarÖlür kəndimizdə tənha qarılar,Yenə kölgə düşür toya-şənliyə.
Başqa şairlərin şeirləri
Biz də xanədanə gedər der idik,Mehman canlar, bizə səfa gəldiniz.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,