Fatmanın oğlu İsmayıl
Fatmanın oğlu İsmayıl,bu şəhərdə nə işin var?
Yoxsa ağlını, a yazıq,Allah elinden almışdı?Bu şəhərin dərdi azdı,elə bircə sən qalmışdın, -Fatmanın oğlu İsmayıl,bu şəhərdə nə işin var?
Bir qız gəzər kənd içində,Hər gün qapıdan keçəndəFatma xalaya baş çəkər.Samavarına od salar,yorğanına qumaş çəkər, -Fatmanın oğlu İsmayıl,bu şəhərdə nə işin var?
Zalım oğlu, darıxmadın?Qalstuk taxdın - taxmadın,Bir qız da sənə baxmadı, -Fatmanın oğlu İsmayıl,bu şəhərdə nə işin var?
Sevdin, sevdin bu şəhərinsolğun üzlü qızlarını,xəstəhal ulduzlarını.Yenə əridə bilmədinürəyinin buzlarını, -Fatmanın oğlu İsmayıl,bu şəhərdə nə işin var?
Kənddən bir adam görəndəyekə-yekə danışmağın,hey basıb-bağlamağın var.Yorğan-döşəyə girəndəgecələr ağlamağın var, -Fatmanın oğlu İsmayıl,bu şəhərdə nə işin var?!.
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-fatmanin-oglu-ismayil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
ز باده چهره ساقی جهان دیگر شدزقطره های عرق گلستان دیگر شد
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
Ol kim, öldürdi məni cövrilə bidadi anunOl kim, öldürdi məni cövrilə bidadi anun,Munisə-şəbhayi-tarimdür mənim yadi anun.