Kəpənək qanadları
Uçub getdi, izi qaldı,Tanrı məndən razı qaldı,Əllərimdə tozu qaldıKəpənək qanadlarının.
Kəpənəklər uçur, uçur,Göymü baha, yermi ucuz?Qəlbimə dəydi bir ucuKəpənək qanadlarının.
...Özümü duyub ağlayam,Gözümü yumub ağlayam,Üzümü qoyub ağlayamKəpənək qanadlarına.
Sevmirəm səni, bağışla,Bağışla, yenə bağışla,Bağışla məni, bağışlaKəpənək qanadlarına.
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-kepenek-qanadlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Deyişmə: Dağıstandan gələn gəlin
— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
QazıƏla, ey münisi-dirinə, qazı,Yetibdir sən, kər, sittinə, qazı.
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma
Ah... bir sərxoş nigarın dağı öldürdü məniAh... bir sərxoş nigarın dağı öldürdü məni,Günbəgündən hüsnünün rövnaqi öldürdü məni,