Gedirəm, izim böyüyür,Susuram, sözüm böyüyür,Baxıram, gözüm böyüyür,Dünya mənə tanış gəlir.

Bunun dağı-daşı tanış,Bunun yayı-qışı tanış,Gözlərimin yaşı tanış,Dünya mənə tanış gəlir.

Bir dəfə də gəlmişəmmi?Gəlmişəmmi, görmüşəmmi?Yaşamışam, ölmüşəmmi -Dünya mənə tanış gəlir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri