Ulduzlu göylərin altından keçdim
O gecə gen dünya mənə darıydı,Ürəyim sinəmi sancan əriydi,Yaxşı ki, ulduzlu göylər varıydı,Ulduzlu göylərin altından keçdim.
Tapıldı hər dərdin birdən əlacı,Bildim ki, dünyanın yox mənə borcu,Mən nə birinciyəm, nə də sonuncu,Ulduzlu göylərin altından keçdim.
Daddım bu dünyanın hər bəhərindən,Daddım sevincindən, qəm-kədərindən,Daddım qızlarından, meyvələrindən,Ulduzlu göylərin altından keçdim.
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-ulduzlu-goylerin-altindan-kecdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
Ulusum böyükdür, yurdum böyükdürGünəş görünsə də bir damla suda,Ən dərin, ən böyük dəryaya sığmaz.
NecolaAy ağalar, nakam getdim dünyadan,Yarəb, mənim xanımanım necola?